• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 07.10.2019 19:27

Güclü külək ağacları aşırdı

KepezTV Player

Görülən tədbirlərə baxmayaraq Gəncədə hələ də təhlükə yaradacaq ağaclar qalmaqdadır. Təbii amil və kənar müdaxilələr nəticəsində yaranan bu hal hava bir az küləkli keçən kimi fəsadlara da yol açır. Bu gecə müşahidə edilən küləkli havada olduğu kimi.

Güclü küləyə tab gətirməyərək aşanlar şəhərin müxtəlif ərazilərində yol kənarlarına əkilən çoxillik qovaq və sərv ağaclarıdır. 50-dən çox  yaşı olan ağacların aşmasına küləklə bərbər həmin ağacların inkişaf dövrünü başa vurması da səbəb olub. Əsasən avtomobil yoluna yıxılan ağaclar xoşbəxtlikdən ciddi fəsadlara yol açmayıb. Şəhər yaşıllaşdırma şöbəsinin əməkdaşları səhər saatlarından etibarən aşan ağacların ərazidən götürülməsi və hərəkətin normallaşdırılması üçün canlı qüvvə və texnikalarla hadisə baş verən ərazilərə cəlb edilib.

Rizvan Quliyev - Gəncə Şəhər MKTİB-nin baş aqranomu: Güclü külək nəticəsində bu gün şəhərimizin Abbas Səhhət küçəsində, Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəsişməsində, dəmiryolçular lparkının ərazisində, Gülüstan qəsəbəsində  və digər ərazidə, əvvəlcədən siyahıya alınan ağaclar aşıb. Qəzalı ağacların ərazidən götürülməsi üçün bütün şəhər ərazisinə 3 biriqada ayrılıb.

Təbii hadisə göstərir ki, təhlükəli hesab edilən ağaclar şəhərin müxtəlif ərazilərində hər an xoşagəlməz mənzərənin yaşanmasına gətirib çıxara bilər. Belə ağacların çoxluq təşkil etdiyi ərazilərdən biri də şəhərin Məhrəsə Bağı yaşayış massividir. Ssakinlər sovet dönəmində əkilən qovaq ağaclarının təhlükə yaratdığını vurğulayır.

Sakin: Bu ağaclar çox təhlükəlidi. Külək əsən kimi qırılıb tökülür yerə. Altından uşaq keçir, böyük keçir, maşın keçir, hamısı üçün təhlükədi. Müraciət etmişik bir dəfə gəlib kəsiblər ikisini ancaq yenə də qalıb.

Sakin: Hamısı qoca qovaq ağaclarıdı, bir damcı külək olan kimi qırılır. Biz də istiyirik gəlib baxsınlar, kəssinlər. Müraciət etmişik söz veriblər ki, gəlib kəsəcik.

Belə ağacların müəyyənləşdirilməsi üçün 10 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi şəhər yaşıllaşdırma şöbəsi ilə birgə mütəmadi olaraq şəhər ərazisində reydlər təşkil edir. Cari ildə aparılan araşdırmaların nəticəsində zərərsizləşdirilməsi vacib olan 175 ağac aşkar edilib.

Rizvan Quliyev Gəncə Şəhər MKTİB-nin baş aqranomu: Son iki ay ərzində həmin ağaclardan 110-a qədəri zərərsizləşdirilərək götürülüb. Vətəndaşlardan isə bu günə qədər 136 ərizə daxil olub ki, onlardan da 95 icra olunub.

Təhlükəli hesab edilən ağacların ilin sonuna kimi mərhələli olaraq zərərsizləşdirilməsi nəzərdə tutulur.

 

Elton Cabbarlı