• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 07.10.2019 16:05

Qəzada 3 nəfər yaralandı

KepezTV Player

Ələt-Astara magistralının Astara rayonu, Təngərüd kəndi ərazisindən keçən hissəsində kənd sakini, 25 yaşlı Əhməd Əsgərovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili həmkəndlisi, 54 yaşlı Arzu Əsgərovun sürdüyü "Ford" markalı yük maşını ilə toqquşub. "Mercedes"in sürücüsü Əsgərov və sərnişini, 26 yaşlı Ramiz Əsgərov xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Əsgərovun vəziyyəti daha ağır olduğundan Bakıdan həkim briqadası çağırılıb. Digər yaralı, yük avtomobilində olan sərnişin, 47 yaşlı Kəmalə Allahverdiyeva isə Travmatologiya şöbəsində müalicə alır. Məlumata görə, qəzaya "Mercedes"in qarşısına iribuynuzlu heyvanın çıxması səbəb olub. Fakt araşdırılır.