• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 07.10.2019 12:03

Ağacdan yıxılan kişi öldü

KepezTV Player

Tovuzda bədbəxt hadisə yaşanıb. Yuxarı Öysüzlü kəndində kənd sakini 38 yaşlı Mehman Qasımov evindən kənarda yerləşən bağda qoz ağacından yıxılaraq ölüb. Onun meyitini qonşular görüb və polisə məlumat veriblər. Faktla bağlı araşdırma aparılır.