• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 05.10.2019 16:25

Fəxri ad və medal alan müəllimlərlə görüş

KepezTV Player

Ölkə başçısının sərəncamı ilə Gəncədə iki müəllim  "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa bir pedaqoq əməkdar müəllim fəxri adına layiq görülüb. Ötən tədris ilində təhsilin inkişafında göstərdiyi xidmətlərə görə  30 nəfər müəllim Gəncə şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib. Bu fikirlər Gəncədə 5 oktaybr Beynəlxalq Müəllimlər günü münasibəti ilə  keçirilən görüşdə səsləndirilib.  Şəhər üzrə 46 orta ümumtəhsil məktəb və 3 internat tipli gimnaziyada ümumilikdə 41 min 296 şagirdə  3824 pedaqoqun dərs keçir. Bu müəllimlərdən də  400  nəfərə yaxını gənclərdir. Ötən tədris ili isə  Gəncə şəhər təhsili üçün uğurlu olub. Belə ki,ali təhsil ocaqlarına qəbul göstəricisi 60 faizdən çox  təşkil edib. Sonda bir qrup pedaqoqa hədiyyələr təqdim edilib.

Sevinc Ələkbərova - Tərəqqi medalı alan müəllim :Bu adı mənə xəbər verəndə çox sevindim. Yəni bu hissi izah etmək çox çətindi. Təbii ki, bu bütün Gəncə təhsil işçilərinin işinə verilən bir qiymətdir. Buna görədə bütün təhsil işçilərini təbrik edirəm.

Aybəniz Mövsümova - Əməkdar müəllim: Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görüldüm. Təşəkkür edirəm. Bundan belə qalan ömrümüdə ləyaqətlə vətən balalarının yetişməsinə sərf etməyə hazıram. Çox sevinirəm, bu hissi hamı kimi məndə yaşayıram.