• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 788
— 05.10.2019 12:08

2 avtomobil toqquşub, yaralılar var

KepezTV Player

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qırmızı Samux kəndində qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toquşub. Qəza nəticəsində Qırmızı Samux kənd sakinləri 33 yaşlı Rüstəm Mustafayev və 32 yaşlı Rafiq Qasımov müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralılardan Rüstəm Mustafayevə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Rafiq Qasımovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.