• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 04.10.2019 20:14

Gəncənin küçələri yerli istehsal olan müasir sistemlə işıqlanacaq

KepezTV Player

Gəncədə küçə və prospektlərin müasir sistemlər vasitəsi ilə işıqlandırılnması üzrə işlər davam etdirilir.  Az vəsait hesabına başa gələn və daha böyük ərazini işıqlandırmaq imkanı yaradan dirəklər yerli istehsaldır. Gəncə cihazqayırma zavodunun istehsalı olan dirək və led lampalar şəhərdə su və kanalizasiya işləri yekunlaşdıqdan sonra abadlaşdırılan küçələrdə quraşdırılır. Yeni sistemlər gecələr avtomobillər və piyadaların hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərə xüsusi estetik gözəllik də bəxş edir. Təkcə son bir ildə müxtəlif küçə və prospektlərin aydınlanması üçün 2000-dən çox dirək quraşdırılıb. Hazırda şəhərin Mirzə Abbas Abbaszadə və Əbu Üla Gəncəvi küçələrində gecələr də normal hərəkəti təmin etmək üçün işlər görülür. İlin sonuna kimi daha 5 küçənin yeni sistemlərlə işıqlandırılması nəzərdə tutulur.

 

Elton Cabbarlı