• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1508
— 04.10.2019 16:28

Qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

KepezTV Player

Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən Lətafət Bayramova Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə şikayət edərək bildirib ki, Zivərbəy Əhmədbəyov küçəsində naməlum şəxs ona qarşı zor tətbiq edərək qızıl boyunbağısını ələ keçirilib. Bakı şəhər Baş Polis İdarəsi,Yasamal və Nəsimi Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakinin Ehtiram Həşimov tərəfindən törədildiyi müəyyən olunub. Həmin şəxs qısa zamanda saxlanılıraq istintaqa təqdim edilib. Araşdırmarla Ehtiram Həşimovun paytaxt ərazisində əsasən qadınlara qarşı 10-a yaxın analoji cinayət etdiyi məlum olub.

Surxanı Rayon Polis İdarəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının kemirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yanuş Miraşniçenko sərnişin avtobusunda oğurluq edən zaman iş başında tutulub. Həmin şəxs qadının çantasından pul oğurlayıb hadisə yerindən qaçmağa çalışıb. Bu zaman zərərçəkən xəbər tutub və yaranan səs-küydən sonra hadisə yerinin yaxınlığında xidmət aparan polis əməkdaşları Yanuş Miraşniçenkonu saxlaya biliblər.

Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Suraxanı RPİ məlumat vermələri xahiş olunur.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Rəşid Məlikov və Nəsib Əmirxanov tutulublar. Onların ətrafların keçirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, dəstə üzvləri mənzillərdən əsasən kondisioner, kombi aparatları, eləcə də digər məişət əşyaları oğurlayıblar. Götürdükləri əşyaları isə sonradan dəyər-dəyməzinə satıblar. Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.