• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1073
— 03.10.2019 18:48

Zobun əlamətləri və müalicəsi

KepezTV Player

Yod çatışmazlığı problemi Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda daha qabarıqdır. Qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxusuzluq, dərinin quruması, saçın tökülməsi, kökəlmə kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zob kimi tanınır.

Endokrinoloqlar zobdan əziyyət çəkənləri xarici görünüşdən tanımağın asan olduğunu söyləyir: Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələ olurlar. Bu cür əlamətləri hiss edən adam mütləq mütəxəssisə müraciət etməlidir.

Tibb işçiləri məsləhət görür ki, gündəlik orqanizmin tələbatını ödəmək, yod çatışmazlığını aradan qaldırmaq üçün tərkibində yodla zəngin qidalara üstünlük verməliyik...

Bütün hallarda əgər sizdə bu xəstəliyin əlamətlərinin olmasından şübhələnirsinizsə, həkimə müraciət edin və bunu nə qədər tez etsəniz, bir o qədər sağlamlığınızın qeydinə qalmış olarsınız. Çalışın, sağlam olun.