• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 03.10.2019 20:31

10 il sonra ilk dəfə gecə yola çıxdılar

KepezTV Player

Gecə saatlarında sərnişindaşıma ilə bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Bundan sonra rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.

10 illik fasilədən sonra Gəncədən Bakıya avtobusla ilk gecə reysi reallaşıb. Sərnişin tələbatı nəzərə alınaraq və təhlükəsizlik qaydaları gözlənilməklə bərpa edilən reyslər müasir tələblərə cavab verən avtobuslar vasitəslə reallaşdırılır. Paytaxta ilk avtobus gecə saat 12-də, növbətisi isə 1-də yola salınıb. Biletləri Gəncə beynəlxalq avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan əldə etmək mümkündür. Eləcə də ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayıb 022-267-50-43 022-267-50-44 bilet bron etməkdə mümkündür.

Kamil İsgəndərov sərnişin: avtobusun şəraiti ilə tanış oldum və çox qanə etdi məni....

Arzu Məmmədov sərnişin: gecə gəncədən bakıya getmək çox çətin olurdu indi isə asanlaşdı ..

Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə avtobusların sürət həddinə məhdudiyyət qoyulub – maksimum saatda 90 km. Avtobusların salonunda müşahidə kamerası, GPS naviqasiya sistemi və video registratorlar da quraşdırılıb. Sadalananlar dispetçer tərəfindən nəqliyyat vasitəsini canlı izləmə imkanı yaradır.

Rəhman Mürsəlov sürücü: gecə reyslər üçün təlimat keçdik və xüsusi kurslardan sonra sertifikat aldıq.

Avtobuslarda wi-fi və yol boyu pulsuz çay, qəhvə xidməti də mövcuddur. Sürücülər üçün avtovağzalda xüsusi istirahət otağı da mövcuddur.

Namiq Həsənov Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin müdiri: Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırmaq planlaşdırılır.

Bir neçə gün gündəlik 2 reyslə xəttə çıxacaq avtobusların Bakıya çıxış saatları tələbət nəzərə alınmaqla artırlacaq.