• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 03.10.2019 19:04

Məktəbəqədər hazırlıq qruplarına yeni dərsliklər paylanır

KepezTV Player

Təhsil Nazirliyi tərəfindən Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində olan 46 orta ümumtəhsil məktəbinin məktəbəqədər hazırlıq qrupları üzrə dərsliklər göndərilib. “Məktəbə hazırlaşırıq birinci kitab” adlı yeni çap olunan vəsait 4 hissədən ibarətdir və birinci hissə siyahı üzrə orta məktəblərin kitabxanalarına göndərilib. Digər hissələr isə mərhələli şəkildə şagirdlərə çatdırılacaq. Hazırda yeni dərs vəsaitlərinin kitabxanalarda  seçilərək çeşidlənməsi və möhürlənməsi prosesi gedir. Sabahdan kitablar şagirdlərə paylanacaq. Ümumilikdə Gəncə şəhəri üzrə Azərbaycan bölməsində 133 sinifdə 2556, rus bölməsində isə 29 sinifdə 682 şagird var.  “Məktəbə hazırlaşırıq birinci kitab” adlı yeni dərslik “Tanıyaq və öyrənək” , “Dinləyək və danışaq”, “Oxuyaq və yazaq”, Sayaq və düşünək” eləcə də  “Yaradaq və quraq” bölmələrindən ibarətdir.

Elşən Məmmədov Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi:Azərbaycan bölməsi üçün dərsliklər ümumtəhsil məktəblərinə çatdırılıb, sabahdan şagirdlərə paylanacaq. Rus bölməsinin kitabları isə bir neçə günə çatdırılacaqdı. Valideynlər tələsməsinlər, heç bir əlavə dərsliklər almasınlar. Məktəbə qədərə şagirdlər üçün nəzərdə tutulmuş dərsliklər tamami ilə dəyişilib. Əvvəlki dərslikləri almağa ehtiyac yoxdu. Hər bir şagird dərsliklərlə təmin olunacaqdı.