• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 03.10.2019 19:03

Ə.Həsənov: "Konstruktiv müxalifətin dövlətə xeyri var"

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk təşkilatlarının sədrləri və partiya fəalları ilə reallaşan görüşdə müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyevin yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə daim milli və dövləti maraqlarından çıxış etdiyinə diqqət çəkilib. Ələxsus da son 16 ildə uğurlu idarəetmə nəticəsində Azərbaycan sabit şəraitdə sürətli inkişafını davam etdirir.

Baş nazirin müavini ölkənin inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğuna toxunaraq sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını da vurğulayıb. Bu üzdən də sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşını birləşdirən iqtidar partiyasının üzvləri qazanılan nailiyyətləri geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməli, qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətlərini cəmiyyətimizdə ifşa etməlidirlər. 27 il əvvəl yaradılan partiyanın şəhər və rayon təşkilatlarının ilk ərazi təşkilatları da bu istiqamətdə daha səmərəli olmalıdırlar.

YAP-ın bu gün qarşıda xalqa, dövlətə sədaqətlə xidmət etmək, dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğu xatırladılan müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib. Sonda YAP sıralarına yeni qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.