• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 879
— 02.10.2019 18:37

Əzəmətli Şəmkir minarəsi

KepezTV Player

XI-XIII yüzilliklərdə tarixi qaynaqlarda adı sıx-sıx hallanan Azərbaycan şəhərlərindən olan Şəmkir, səyyahların yaddaşında hər şeydən öncə möhkəm qalası və uca və gözəl minarəsi ilə qalmışdır. Ərəb alimlərindən Yaqut əl-Həməvi Şəmkürün Arran ərazisində qala olduğunu qeyd edir, Əbülfida isə "çox uca və görkəmli" Şəmkir minarəsini heyranlıqla öyür. Azərbaycan memarlıq tarixi üçün də bu əsgi şəhərdən bizə bəlli ən dəyərli abidələrdən biri də Şəmkir minarəsidir.

Cavanşir Pirverdiyev - Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: Tarixi abidələrə işində şəmkir qalasından yanaşı Şəmkir minarəsidə yer alır.Bu minarə 12 ci əsr əzəmətli minarələ rindən biridir...Əsas minarə haqqında öz əsərlərində rus və fransız səyahları yazıblar.

Şəmkir Minarəsi müdafiə və gözətçi xarakteri daşıyıb. Minarənin içərisində çıraq yandırılmaqla minarə geniş Arran çöllərində gecələr mayaka çevrilir, on kilometrlərlə uzaqdan şəhərin, onun mərkəzinin yerini bəlliləşdirirdi. Tanınmış alim – memar Cəfər Qiyasi Şəmkir minarəsinin hündürlüyünün 60 m-ə yaxın olduğunu təsvir edir. Onun kürsüsünün plan ölçüləri 5 X 5 metr, dairəvi gövdəsinin diametri aşağıda dörd metrə, yuxarıda 3 metrə yaxın imiş. Minarə yuxarıdan dövrələmə tağ sıralı fənərlərlə tamamlanmışdır.

Şəmkir qalasından 2 km uzaqlıqda yerləşən şəmkir minarəsi öncə 13-cü əsrdə monqollar tərəfindən dağıdılıb, 19-cu əsrdə çar qoşunları tərəfindən isə məhv edilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi Şəmkir Minarəsi ərazisində, bərpa işlərinin aparılması gündəmdədir.