• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2046
— 02.10.2019 19:15

Psixiatriya xəstəxanası tikilir

KepezTV Player

Ruhi-əsəb və narkoloji xəstəliklərdən əziyyət çəkənlərin müalicə şaraitinin yaxşılaşdırılması istiqamətində mühüm addım atılır. Gəncədə tikilən xəstəxana müasir tələblərə cavab verməklə belə insanların cəmiyyətə sağlam halda inteqrasiyasına xidmət edəcək. Son tamamlama işləri aparılan tibb ocağı 200 çarpayılıq olacaq.

Ötən ilin iyulundan inşa edilən Psixiatriya xəstəxanası zirzəmi ilə birlikdə 6 mərtəbəlidir. Birinci mərtəbəsi inzibati işçilər üçün nəzərdə tutulan binada əsas və ehtiyat girişlər nəzərdə tutulub. Dəmir-beton və hörgü işlərinin yekunlaşdığı tikilinin digər mərtəbələrdə isə ümumilikdə 200 çarpayılıq 150 palata yerləşəcək. Su və elektrik xətlərinin çəkilişi yekunlaşıb, mərtəbələrdə mətbəx və sanitar qovşaqlar inşa edilib. 50-ə yaxın işçi tərəfindən tikilinin daxili və fasadında işlər aparılır. Qapı və pəncərələr, eləcə də asma tavan quraşdırılır.

Qəzənfər Quliyev - iş icraçısı: Bir hissəsi həkimlər və köməkçi işçilər olmaq üçün inzibati binadır. Bir hissəsində də xəstələr olacaq. Hansı ki, hər otaqda 1-2 çarpayı olacaq. Xəstəliyin növündən asılı olaraq hər cür şərait yaradılıb. Hazır yemək burada xəstələr paylanmalıdır. Onada həm otaqda həmdə çamaşırxanada şərait hər cür yaradılıb. Su, elektrik xətləri hamısı xəstələr uyğun onların şəraitinin yaxşı olması üçün hər cür şərait yaradılıb.

Daimi su təminatını həyata keçirmək üçün həyətdə hər biri 225 kub metrlik 2 su hovuzu, nasosxana, transfarmator stansiyası eləcə də ayrıca mətbəx də inşa edilib.

Xəstəxana mərkəzi istilik sistemi ilə isidiləcək. Məhz elə bunun üçün də həyətdə 80 kvm ərazidə qazanxana da inşa edilib.

Hazırda xəstəxananın həyəti də abadlaşdırılır. Gecə işıqlandırma dirəkləri və skamyalar qoyulur, yaşıllıq ərazi salınır. Səhiyyə ocağında işlərin ilin sonuna yekunlaşdırmaq nəzərdə tutulub.

 

Elnur Vahidoğlu