• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1136
— 02.10.2019 19:12

Könüllü gənclərə sertifikatlar verilib

KepezTV Player

Gəncədə mərkiəzi icra orqanlarında 2 ay müddətinə təcrübə keçən könüllü gənclərə sertifikatlar verilib. Şəhər icra hakimiyyətində təşkil olunan görüşdə Nizami və Kəpəz rayonlarında, eləcə də mərkəzi icra aparatında 30-a yaxın gənc könüllülük fəaliyyəti göstərib. Görüşdə, ölkədə geniş vüsət alan könüllülük fəaliyyətinin əhəmiyyətindən və əldə edilən nəaliyyətlərdən bəhs edilib, respublikada keçirilən beynəlxalq və yerli tədbirlərində könüllü gənclərin iştirakının dövlət tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübə biliklərini artırmaq üçün imkanların yaradılması, yaradıcı və innovativ gənclərin potensiallarının üzə çıxarılmasında, eləcə də ölkədə könüllülük fəaliyyətinin inkişaf etdirilməsində ölkə prezidentinin müxtəlif illərdə imzaladığı müvafiq sərəncamlar gənclərə dövlət dəstəyinin bariz nümunəsi kimi xarakterizə olunub. Bu istiqamətdə yaradılan şərait könüllü gənclər üçün də yeni imkanlar açır.