• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2227
— 02.10.2019 15:59

Kustar üsulla alkoqollu içkilər hazırlanan obyektə baxış

KepezTV Player

Ağstafa rayonu, Həsənsu kəndində Arzu İsmayılova məxsus obyektə baxış keçirilib. Müəyyən edilib ki, vergi ödəyicisi 19 avqust 2024-cü ilə qədər fəaliyyətinin dayandırılması məqsədilə vergi orqanına müraciət etməsinə baxmayaraq, faktiki olaraq fəaliyyət göstərib. Obyektdə 3 nəfər qanunsuz şəkildə işlərin yerinə yetirilməsinə cəlb edilib. Həmçinin burada kustar üsulla alkoqollu içkilərin hazırlandığı və həmin məhsulların saxta aksiz markaları ilə markalandığı dəqiqləşdirilib. Təsərrüfat subyektində 4 955 ədəd saxta aksiz markası, həmçinin 1 036 ədəd hazır məhsulun saxta aksiz markası ilə markalandığı və satış məqsədilə saxlanıldığı aşkar olunub. İstehsal müəssisəsində insan sağlamlığı üçün təhlükəli olan həlledici məhlullar da aşkar olunub. Aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmaya cəlb ediliblər.