• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 02.10.2019 15:48

Qadını qatar vurdu

KepezTV Player

“Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında bədbəxt hadisə baş verib. Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında hərəkətdə olarkən, Tacirə Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.