• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2470
— 01.10.2019 20:36

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

KepezTV Player

Bu gündən dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir.2019-2020-ci dərs ili üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı 5900-dən çox, qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıqdır.Hazırda da qeydiyyat prosesi davam edir. Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Gəncədə də məktəbə hazırlıq qruplarına gözlənilən tələbat tam ödənilib. Mütəxəsislər məktəbəhazırlıq kurslarının uşaqların fiziki və əqli inkişafında eləcədə birinci sinif hazırlığı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edirlər.