• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 01.10.2019 20:17

Qaz balonu partladı, iki nəfər xəsarət aldı

KepezTV Player

Samuxda partlayış nəticəsində iki nəfər yanıq xəsarəti alıb. Hadisə Salahlı kəndində yerli sakini, 58 yaşlı Şahbaz Abbasov qaz balonunu düzəldən zaman baş verib. Nəticədə onun bütün bədəni yanıb. Abbasovun qardaşının həyat yoldaşı, 61 yaşlı Gülyaz Abbasova isə yuxarı ətrafın yanığı xəsarəti alıb. Hər iki şəxs əvvəlcə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Lakin vəziyyətləri ağır olduğundan daha sonra paytaxta - Respublika Yanıq Mərkəzinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.