• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 01.10.2019 20:32

Şəhərin yaşıllaşdırılmasında nə qədər ağac istifadə olunub?

KepezTV Player

Gəncənin görünüşünə əlavə gözəllik qatan yaşıllıq zolaqlarının göz oxşaması üçün yetişdirilən bitkilər min bir zəhmət hesabına başa gəlir. Hər il əkilən 100 minlərlə ağac və güllər şəhərin yaşıllaşdırma şöbəsinin tinkçilik sahəsində ərsəyə gəlir. 50-ə yaxın müxtəlif növdən olan bitginin becərildiyi tinklikdə, hər ağac və gül kolu özünəməxsus qulluq tələb edir.

Cəmaləddin Tanrıverdiyev aqronom:Ən çox qulluq tələb edən ağac kiparisdi, tuyadı, çinardı, liqusturdu. Bunlara vatxtlı- vaxtında qulluq etmək lazımdır. Gübrə vermək lazımdır, peyin vermək lazımdır, su vermək lazımdır, alağını çəkib iş görmək lazımdır.

Əkilən və inkişaf dövründə olan tinglərə aqrotexniki qulluq yaşıllaşdırmada istifadə ediləcək bitginin uzunömürlü və xəstəliklərə davamlı olmasına da imkan verir.

Nazlı Bağırova gülçülük sahəsinin rəisi: Bizdə əsas qızıl gül sortları yetişdirilir. Bunlar müxtəlif növləri olur.  Kulinar, Ofeliya, Kardinal, Qacar və digər gülləri saymaq olar bu siyahıda. Ağaclara gəldikdə isə Eldar şamı, kiparis, Xan çinar, at şabalıdı, cökə və palıd kimi ağaclar yetişdirib saylarını artırmaq istiyirik. Çünki, bu ağaclar yaşıllıq üçün daha əlverişli hesab edilir.

Ötən il şəhərin yaşıllaşdırılmasında tingçilik sahəsində yetişdirilən 40 min qızıl gül, 30 min eldar şamı, 20 min kiparis və 50 min çinar ağacından istifadə edilib.

50-ə yaxın işçinin çalışdığı tinklikdə əsasən yerli sort ağac və gül kolları yetişdirilir. Lakin son bir neçə ildir ki, xaricdən satın alınan bəzi gül kolları və ağac növləri yetişdirilmək məqsədi ilə tinkjlikdə sınaqdan keçirilib və uğurlu nəticə əldə olunub.

Nazlı Bağırova gülçülük sahəsinin rəisi:Tuyanın müxtəlif növləri vardı ki, bunları başqa yerdən gətirirdik, indi onları burada yetişdirirdik. Və bunları da şəhərimizin yaşıllaşdırılması üçün istifadə edirik.  Bu tuyalar yerli iqlim şəraitinə də  davamlı hesab olunur. Son zamanlara qədər xaricdən alsaq da indi özümüz yetişdiririk.

Gələcəkdə xaricdən alınan daha bir neçə sort bitginin yerli şəraitdə yetişdirilməsi üçün tinkçilik sahəsində sınaqdan keçiriləcək. Uğurlu nəticə əldə olunan bitgilər digər ağac və gül növləri kimi yerli tinklikdə çoxaldılacaq.