• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 01.10.2019 21:40

Sürət həddinə məhdudiyyət qoyulub

KepezTV Player

Bu gündən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda avtobusların gecə reysləri bərpa olunub. İlk reys bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək. Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 90 km/saat müəyyən edilib.Tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də  tətbiq olunması planlaşdırılır. Avtobusların içərisində kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq. Gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq.