• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 01.10.2019 11:28

Əhalinin siyahıyaalınmasına başlanılıb

Bu gündən etibarən əhalinin siyahıyaalınmasına başlanılıb. Budəfəki prosesdə yeniliklər də var. Bu il ilk dəfə siyahıyaalma vərəqəsinə əlilliyə dair suallar daxil edilib. Bu, ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsil və məşğulluğuna dair məlumatları əldə etməyə imkan yaradacaq. Azad Abasəliyev deyir ki, ümumilikdə bu dəfəki siyahıyaalma prosesində təqdim edilən sualların əhatə dairəsi genişləndirilib. Vərəqədə alt suallar da daxil olmaqla 46 sual təqdim ediləcək.