• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1447
— 30.09.2019 19:02

İşə düzəltmə adı ilə xeyli miqdarda pul mənimsəyiblər

KepezTV Player

Nəsimi Rayon Polis İdarəsi 19-cu polis şöbəsinin əməkdaşları daxil olan müraciətlər əsasında əməliyyat keçiriblər. Nəticədə Bakı şəhər sakini 32 yaşlı Mahmud Şərifov və Masallı sakini əvvəllər məhkum olunmuş 32 yaşlı Sürac İsmayılov saxlanılıblar. Məlum olub ki, onlar özlərini Elçin və Xaliq kimi təqdim edərək vətəndaşları Dövlət Neft Şirkətinə sürücü vəzifəsinə işə düzəltmək adıyla aldadıblar. Özlərini Dövlət neft şirkətinin rəsmisi kimi qələmə verib yüzlərlə vətəndaşdan müxtəlif məbləğlərdə pul alıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər vətəndaşlardan pulu həm nağd, həm də şəxsi hesablarına ödəmək yolu ilə alıblar. İlkin məlumata görə, aldadılan sakinlərə ümumilikdə 10 minlərlə manat ziyan dəyib.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Mahmud Şərifov və Sürac İsmayılovun hərəkətlərindən zərərçəkən digər vətəndaşlardan Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət etmələri xahiş olunur.