• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 30.09.2019 19:33

Bağça, yoxsa ev?

KepezTV Player

Uşaqların düzgün tərbiyə edilməsi cəmiyyətimiz üçün son dərəcə vacib məsələlərdəndir. Sözsüz ki, bu işdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Amma müasir dövrdə hər iki valideynin öz fəaliyyət sahələri ilə məşğul olması bəzən övladları ikinci plana atmağa vadar edir. Bu isə özünü əfsuslar olsun ki, çox zaman uşaq tərbiyəsində müşahidə olunan neqativ hallarla büruzə verir.

Məktəbəqədər təhsil müəssisəsləri nəinki hər iki valideyni işləyən, bütün azyaşlılar üçün ideal seçimdir. Çünki hazırda bağçalar ən az valideynlər qədər, uşaqların düzgün tərbiyə və hərtərəfli inkişafını təmin edir.

Şəfa Namazova - uşaq bağçasının tərbiyəçisi: Uşaqlar bağçaya yeni gələndə bir az ərköyün olurlar, bölüşməyi bacarmırlar. Burada paylaşmağı, kollektivə uyğunlaşmağı öyrənirlər. Məktəbin özü də həmin uşaqlar üçün çətin olmur.

Azyaşlıların bağçaya 3 yaşından qoyulması daha məqsədəuyğun hesab olunur. Kiçik yaşlarından yeni mühitə adaptasiya uşaqların həm fiziki, həm elmi, həm də psixoloji inkişafına müsbət təsir bağışlayır.

Kifayət İsmayılova - uşaq bağçasının tərbiyəçisi: Bəzi valideynlər var ki, mən uşağımı bağçaya qoymaram ideyası ilə yaşayır. Amma bu fikir doğru deyil. Çünki uşaq bağçada sosiallaşır, ünsiyyət qurmağı bacarır, özünə xidmət əməyini daha yaxşı yerinə yetirir. Bağçada uşaqlar səhərdəna axşama qədər kortəbii olaraq qalmırlar.

Məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa şəxsiyyət kimi yanaşılır, mütəmadi olaraq, məşğələlələr keçirilir, ümumi Inkişafetdirici oyunlar aparılır.

Taciyə Mehdisoy - psixoloq: Əgər biz standart oyunları biliriksə və ya oyun oynaya bilmiriksə, uşaqlar bağçada xüsusi oyunlar oynayırlar. Bu oyunlar zamanı onların liderlik qabiliyyəti və digər xüsusiyyətləri ortaya çıxır. Deməli bağça yaşı dövrü uşaqların məqsədə yönəlişliyinin əsasını qoyur.

Bu gün azyaşlılar bağçalarda keçirilən təlim-tərbiyə proqramı ilə vətənpərvər ruhda böyüyür, kollektivdə özünü ifadə etmək bacarığına yiyələnirlər. Bu da öz növbəsində gələcəkdə onları məktəb təliminə daha hazırlıqlı edir.