• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 30.09.2019 19:44

Şəmkirdə günəbaxan əkini ilə məşğul olan fermerlər məhsulu sata bilmir

KepezTV Player

Şəmkir rayonunda bu il 917 hektar ərazidə günəbaxan əkilib. Sahələrdən məhsulun yığımı da başa çatıb. Amma yığılan tonlarla məhsul qapılarda qalıb.

Yaşar Məsmalıyev – fermer: Məhsul bu il boldur. Ancaq alıcısı yoxdur. Ümumiyyətlə satış yoxdur.

Rayonun Sarıtəpə  kəndində fermer Yaşar Məsməliyev də 20 hektar ərazidə günəbaxan yetişdirib. Becərmə dövrü bütün aqrotexniki qaydalara əməl edildiyindən bol məhsul da götürüb. Hər hektardan 1,5-2 ton məhsul toplanıb. Qurudulduqdan sonra kisələrə yığılan günəbaxan satış üçün hazır olsa da almaq niyyətində olan azdır. Kənddə günəbaxan becərən əksər fermerlər mövcud vəziyyətlə barışmaq məcburiyyətindədirlər.  

Xəqani Quliyev – fermer: Sıfır dərəcəsindədir. Yəni bir nəfər alıcı yoxdur. Bir belə kənd hamısı durur. Ən çox əkənin biri mən bütün kənd buna ümidlidir. Əkmişik qapımızda qalıb.

Oktyabrın 10-dək yığım prosesinin davam etdiyini nəzərə alsaq günəbaxan dolu kisələrin sayının artacağı istisna deyil. Ötən il bir kiloqramı 1 manat 1 mnat 50 qəpiyə satılan məhsulu indi heç 60 qəpiyə də alan yoxdur. Vəziyyət o həddə çatıb ki, fermerlər növbəti il üçün günəbaxan əkmək fikrindən danışıblar.

Yaşar Məsmalıyev – fermer: Ancaq lazımdır əkməyək. Başqa çarəsi yoxdur. Çünki əkirik əlimizdə qalır. Heç bir mənfət götürə bilmirik. Bizdə bunu öz vəsaitimizlə etməmişik keredit götürüb becərmişik. İndi də heç krediti ödəyə bilmirik.

Xəqani Quliyev – fermer: Getdikcə mən sahələri genişləndirirdim. Məsələn 50, 60, 80 hektar əkirdim. Bu ildə 40 hektar əkdim. Dedim bəlkə yaxşı olar. Olmursa daha əkməyəcəm.

Şəmkir Dövlət Aqrar İnkişaf mərkəzində vəziyyətdən halidirlər və bunu planlaşdırılmayan əkinlə əlaqələndirirlər. Belə ki, ötən il günəbaxan baha qimyətə satıldğından fermerlər məhsulun əkininə maraq göstərdi, ancaq tələbat nəzərə alınmadı. Son nəticədə də istehsal artdığından məhsul bolluğu yarandı.

Araz Məmmədov - Şəmkir DAİM-in sektor müdiri: Növbəlilik əkinə keçdikdən sonra həm məhduldarlıq  artacaq həm də satış təşkil ediləcək. Yəni bu kimi çətinliklər yaşanmayacaq.

Azərbaycanın əksər rayonlarında günəbaxanın adi növü əkilir. Günəbaxan dənələrindən yeyinti sənayesində, boya sənayesində və tibbin müxtəlif sahələrində istifadə olunur. Günəbaxanın yaşıl kütləsi isə heyvandarlıqda silos kimi əvəzsiz yem məhsuldur.

 

Natiq Hüseyn