• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2332
— 29.08.2019 18:12

“Kəpəz”dən növbəti heç-heçə

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2-ci tur oynanılır. İlk oyun günü qərb bölgəsini təmsil edən kollektivlərdən “Kəpəz” səfərdə meydana çıxıb. Bakıda “Keşlə-2”nin qonağı olan sarı-göylər evə sülhlə dönüblər. İlk yarıda qapıya 1 top vurulub. 21-ci dəqiqədə meydan sahiblərindən İbrahim Novruzov komandasını hesabdə irəli çıxarıb. Fasilədən sonra toparlanan gəncəlilər 56-cı dəqiqədə tablodakı rəqəmləri eyniləşdiriblər. Əli Səmədov müdafiədəki boşluqdan maksimum yararlanıb. 8 dəqiqə sonra paytaxt klubu yenidən hesabı xeyrinə dəyişib. Bu dəfə Elmir Rəhimzadə adından söz etdirib. Ancaq məğlubiyyətlə barışmayan qonaqlar 70-ci dəqiqədə oyunda ikinci dəfə status-kvonu bərpa ediblər. Cərimə meydançasında edilən kodubluğa görə təyin olunan penaltini Nodar Məmmədov dəqiq yerinə yetirərək sarı-göylərə 1 xal qazandırıb. Yekun hesab 2-2. Xatırldaq ki, “Kəpəz” ilk turda doğma meydanda Moiklə də eyni nəticəyə imza atmışdı.

Orxan Cəfərzadə