• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 28.09.2019 17:15

Saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə ifşa edilib

KepezTV Player

Əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabov müəyyən edilərək tutulublar. Dələduzluq etmək təklifi Kazımovdan gəlib.Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Bakının Nizami və Xətai rayonlarıərazilərində yerləşən merto stansiyalarının yaxınlığında ayrı-ayrı taksi sürücülərinə müştəri kimi yaxınlaşaraq yalandan internetdən əldə etdikləri, üzərində kənar şəxsə aid fotoşəkil olan sənədi guya ipoteka arayışı kimi təqdim edib dedikləri ünvana çatdırılmasını xahiş ediblər. Bundan sonra saxlanılanlardan biri taksi sürücüsünü kənarda dayanan digər dəstə üzvü ilə telefonla danışdırıb.Həmin şəxs isə taksi sürücüsündən yanında olan adama  müxtəlif məbləğdə pul verməsini xahiş edib, sənədi ona çatdırdıqda həmin pulu əlavə zəhmət haqqı ilə birlikdə artıqlaması ilə ödəyəcəyini yalandan vəd edib.

Taksi sürücüləri sənədi alıb, ona yaxınlaşan şəxsə pulu verib deyilən ünvana getdikdə isə onu qarşılayan şəxsin olmadığını görüb dələduzluq yolu ilə aldadıldığını və ipoteka sənədi adı altında ona verilən arayışların saxta olduğunu anlayıblar.

Saxlanılan Vüsal Zöhrabovun üzərində şəxs axtarış aparılan zaman ondan 0,420 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.Hazırda dəstə üzvlərinin hüquqazidd əməllərindən zərərçəkən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Gördüyünüz bu şəxslərin əməllərindən başqa zərərçəkənlər də varsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər. Həmçinin vətəndaşların özlərinin də bu tipli dələduzların toruna düməməsi üçün ayıq-sayıq olmaları tövsiyə edilir.