• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 28.09.2019 16:47

"Kəpəz" bu mövsüm ilk qələbəsini qazanıb

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 5-ci turun oyunları keçirilib. Növbəti görüşündə Gəncənin “Kəpəz” klubu doğma publika qarşısında Ağsunu qəbul edib. Bu mövsüm qələbəsi olmayan sarı-göylər 5-ci qarşılaşmasında uğursuzluğa son qoyub. İlk dəqiqələrdən etibarən oyunda üstünlüyü ələ alan gəncəlilər fasiləyədək hesabı açıblar. Cərimə meydançasında Novruz Məmmədova qarşı edilən kobudluğa görə hakim penalti təyin edib. Topun arxasına keçən Nodar Məmmədov 36-cı dəqiqədə komandasını önə keçirib. İkinci hissədə də aktiv olan Yaşar Vahabzadənin yetirmələri bir neçə vəziyyətdə fərqi artırmağa yaxın olsalar da, oyunda başqa olmayıb və “Kəpəz” minimal hesabla qalib gələrək  3 xalı aktivinə yazdırıb.