• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 28.09.2019 16:33

Arxeoloji tapıntılar Lion və Kataniyada tədqiq edilir

KepezTV Player

Gəncədə aşkar olunan kurqanlarda aparılan tədqiqatlar zamanı əldə olunan nümunələrin bir qismi ətraflı araşdırılması üçün Fransa və İtaliyaya göndərilib. 2015-ci ildə aşkar olunan kurqan abidələrində 2016-cı ildən etibarən yerli və xarici arxeoloqlar birgə tədqiqatlar aparırlar. Bu müddət ərzində 11 kurqanda arxeoloji qazıntılar reallaşdırılıb. Qazıntılar zamanı əldə olunan arxeoloji materiallardan həmin kurqanların son tunc dövrünə aid olduğu məlum olub. Qəbirlərdən tapılan insan sümükləri ilə yanaşı həmin dövrə məxsus müxtəlif bəzək əşyaları, saxsı qablar və döyüş alətləri üzərində Fransanın Lion və İtaliyanın Kataniya beynəlxalq universitetləri analizlər aparır. Bu araşdırmalar Gəncə kurqanları haqqında daha ətraflı məlumat əldə etmək imkanı verəcək. Gələn il ərazidə arxeoparkın yaradılması nəzərdə tutulsa da bu 4 min ilə yaxın yaşı olan kurqanlarda araşdırmalar tam başa çatdırıldıqdan sonra mümkün olacaq.