• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 27.09.2019 20:06

İnteqrir mübarizə üsullarından bəhs edilib

KepezTV Player

Pambığın başlıca zərərli orqanizmlərinin əsas götürülərək ona qarşı aparılan mübarizə olan inteqrir metod elm adamları tərəfindən əkinçilərə aşılanır. Pambıq bitkisinə zərər vuran başlıca zərərvericilər pambıq sovkası, pambıq mənənəsi, tütün tripsi, hörümçək gənəciyidir. Bu zərərli orqanizmlərin bioekologiyası, yayılması, zərərləri və mübarizə üsulları barəsində fermerlərə geniş məlumatlar və tövsiyələr verilir.

Gəncədə elm adamları pambçılıqda inteqrir mübarizənin tətbiqindən danışıblar. Pambığın zərərli orqanizmlərinə qarşı mübarizənin müzakirə edildiyi elmi-praktik seminarda bu metodun əhəmiyyətinə toxunulub. İnteqrir mübarizə vasitesile bu sahədə istifadə olunan pestesitlərin miqdarını minumuma endirmək olar. Bunun nəticəsində isə becərmədə daha çox bioloji vasitələrin istifadənin tədbiqinə nail olmaq mümkündür.

İbrahim Cəfərov - ADAU-nun rektoru: Dünyanın müxtəlif ölkələrində inteqrer vasitələrdən istifadə etməklə, kimyəvi mübarizədə istifadə olunan pestesitlərin miqdarını minumuma endirməklə bioloji vasitələrdən, digər aqro biotexnaloji vasitələrdən istifadə etməklə sağlam keyfiyyətli məhsuldur əsas məqsəd. Və mən güman edirəm ki, gələcəkdə də biz bu tədqiqatlardan və müxtəlif texnalogiyalardan istifadə etməklə həm pambığın miqdarını çoxalda bilərik, eyni zamanda keyfiyyətli məhsul ala bilərik.

Məhsuldarlığı yüksəltmək və keyfiyyəti artırmaq məqsədilə inteqrir mübarizə üsulları pambıq istehsalı ilə məşğul olanların diqqətinə çatdırılıb. Gəncə və Goranboyda təcrübə sahələri yaradan istehsalçılara dünyada bitki mühafizəsi üçün innovativ metodlardan sayılan zərərvericilərə qarşı inteqrir mübarizə üsulları – zərərvericilərin inteqrir idarə olunmasının tətbiqinin qarşıya qoyulan məqsədə çatmaq üçün əhəmiyyət kəsb etdiyi əsaslandırılıb. Kənd təsərrüfatında innovativ vasitələrin tədbiqinin üstünlükləri, yeni texnalogiyalardan istifadə etməklə məhsuldarlığın artırılmasına da geniş yer verilib. Seminar Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Əkbər Abbasov - Aqrar İnkişaf Mərkəzinin direktor müavini: Hal-hazırda kənd təsərrüfatı nazirliyinin müxtəlif qurumları tərəfindən pambıqçılığın inkişafı ilə bağlı bir neçə layihələr həyata keçirilməkdədir. Belə ki, Şirvan təcrübə sahəsində Çin üsulu ilə pambığın yetişdirilməsidir. Həmçinin digər təcrübə stansiyalarında Yunan, Türk və yerli sortların birgə əkinin sınaqdan keçirilməsi və bu kimi digər layihələr mövcuddur. Təbii ki, bunlar hələ sınaq mərhələsində olan layihələrdi. İnnovasiyaların və yeni texnalogiyaların tədbiq olunduğu bu layihələrdən uğur qazananı fermerlərə çatdırılacaq və onlarında daha bol məhsul götürməsinə şərait yaradılacaq.

Elmdar Məmmədov - fermer: Bu instutun nümayəndələri ilə birlikdə 1 hektar ərazidə zərərvericilərə qarşı birgə mübarizə aparmışıq. Və nəticədə kimyəvi vasitələrdən istifadə etmədən yaxşı nəticə əldə etmişik. Hal-Hazirda ötən illə müqayisədə məhsulumuz çox yaxşıdı. Belə seminarlarda iştirak etməklə biliyimizi, təcrübəmizi genişləndirə bilirik.

Seminarın məqsədi ölkədə bitki sağlamlığı və bitki mühafizəsi mövzusunda problem və məsələlərin istehsalçılarla birgə müzakirəsi və bu sahədə yenilikləri təqdim etməkdir.