• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 27.09.2019 19:41

Göygöldə pençak silat üzrə 14-cü açıq Azərbaycan birinciliyi və çempionatı keçirilib

KepezTV Player

Yerli Olimpiya İdman Kompleksində təşkil edilən yarışda ölkənin demək olar ki, əksər rayon və şəhərlərini təmsil edən idmançılar iştirak edib. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda həm həvəskarlar, həm də peşəkarlar qüvvəsini sınayıb. Mübarizələrə 350-dən çox idmançı qatılıb. 2 gün davam edən yarışın yekununda ilk 3 yeri tutan iştirakçılar medal və diplomla yanaşı, kubok və qiymətli hədiyyələrlə də mükafatlandırılıblar.

 

Orxan Cəfərzadə