• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 27.09.2019 12:16

Yük və sərnişin daşıması asanlaşdı

KepezTV Player

Goranboyun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Uzunluğu 40 km olan yol 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. 257 yol nişanı, 1200 ədəd siqnal dirəyi quraşdırılıb, 6 avtobus dayanacağı tikilib.