• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 26.09.2019 19:41

Akademik Opera və Balet Teatrı Gəncədə

KepezTV Player

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Gəncədə qastrol səfərində olub. Kollektiv Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası ilə çıxış edib.XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tamaşa anşlaqla baş tutub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşada teatrın aparıcı solistləri – Xalq artistləri Azər Zeynalov və Əkrəm Poladov, Əməkdar artistlər İlahə Əfəndiyeva, Fərid Əliyev, Gülüstan Əliyeva, Cahangir Qurbanov, Ələkbər Əliyev, Tural Ağasıyev, Təyyar Bayramov , solistlər Fəhmin Əhmədli, Rafiq Abbasov , Ağaxan Şərifov və başqaları çıxış ediblər.Səhnə əsərini Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.