• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 26.09.2019 19:37

Sakitləşdirici vasitələrdən necə istifadə olunmalıdır?

Müasir dövrdə gərgin həyat tərzi üzündən bir çox insanlar stressdən, depressiyadan, yuxusuzluqdan əziyyət çəkir. Belə olduqda isə əksərinin əlinin altında süni sakitləşdirici vasitələr - yəni xüsusi dərmanlar olur. Əməkdaşımız Fidan Muradlı bu dəfə sakitləşdirici vasitələrin orqanizmə təsirini araşdırıb. İzləyək.

Ağrı hiss edən zaman ilk yardımımıza gələn sakitləşdirici dərman preparatları bir neçə qrupda toplana bilər. Bitki tərkibli sakitləşdiricilər, kimyəvi tərkibli sakitləşdiricilər.  Görəsən, bu vasitələr orqanizm üçün nə qədər təhlükəsizdir?

Şəhla Verdiyeva terapevt: Bitki tərkibli sakitləşdiricilər bəzən həkim resepti olmadan da alına bilər. Bunlar sadəcə sedativ təsir göstərir. Yəni yüngül yuxu gətirici təsirləri var amma əsəb sistemi üzərində və psixolojisistem üzərində xüsusi bir təsiri yoxdur. Kimyəvi sakitləşdiricilər isə mütləq həkim tərəfindən yazılmalı, hazır peçatlı reseptlələ aptekdən əldə edilməlidir. Bunlar isə həm psixoloji sistemimizə, həm yuxumuz üzərində ciddi təsirləri olur.

Həkimin sözlərinə görə, bitki tərkibli sakitləşdirici preparatların asılılıq yaratmaq ehtimalı çox azdır. Amma yenə də sözügedən vasitələrdən uzun müddət istifadə etmək məsləhət deyil. Çünki, qaraciyər və böyrək sağlığı əgər yerində deyilsə də, bəzən yan təsirəri ola bilər. Kimyəvi sakitləşdiricilərə gəlincə isə, mütləq həkim tərəfindən hazır rejimlə istifadə olunmalıdır. Çünki, həddən artıq istifadəsi və yaxud artıq dozada istifadəsi nəinki yan təsirlər göstərə bilər orqanizmamız üzərində həm də ciddi asılılıq törədə bilər. Bəs görəsən bu preparatları nə ilə əvəz etmək olar ? Təbii sakitləşdiricilər hansılardır?

Şəhla Verdiyeva terapevt: Havada çox vaxt keçirtmək, sağlam qidalanmaq, sağlam yuxu rejimi, əsəblərimizi müəyyən texniki vasitələrlə - televizor, sosial şəbəkələrlə çox da gərginləşdirməmək daha yaxşı olar. Təbii sakitləşdirici vasitələr normal yuxu, hava, su və ətrafımızdakı insanların normal olmasıdır.

Bəzi araşdırmalara görə müasir dövrdə insanlarda müşahidə edilən  xəstəliklərin böyük hissəsi əsəblə əlaqəlidir. Amma araşdırmalar göstərir ki, insanlarda əsəb gərginliyi yaradan problemlərin çoxu elə insanların təfəkkürünün məhsuludur. Reallıqda isə əksər hallarda narahatlığa əsas yoxdur. Buna görə də sakitləşdirici dərman dalıyca aptekə getməyə tələsməyin. Bəzən dərmanımız elə özümüz ola bilərik.