• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1191
— 26.09.2019 19:29

Dənli bitkilərin səpininə hazırlıq aparılır

KepezTV Player

Şəmkir rayonunda payızlıq səpin üçün şumlama işləri başa çatmaq üzrədir. Fermerlər indiyədək 14 min hektar sahədə yay şumu aparıblar ki, bu da ümumi taxıl əkininin hamısı deməkdir. Bu ildə sahələrdən bol məhsul götürməyi proqnozlaşdıran təsərrüfat sahibləri gələcəyə nikbin baxırlar.

Elxan Əliyev fermer: “Səpin keçən il yaxşı oldu. Ancaq məhsuldarlıq məni qane etmədi. Gərək biz hər hektardan 40-50 sentner məhsul götürək”.

Şəmkirli fermerin ötən il səpin apardığı sahədə orta məhsuldarlıq 30 sentner olub. Bu göstərici ilə razılaşmayan təsərrüfat sahibi aqrotexniki tədbirləri gücləndirib, bu il daha çox məhsul götürməyi hədəfləyib. Artıq 23 hektarda şumlama işlərini yekunlaşdıran Elxan Əliyev oktyabrın ilk ongünlüyündə səpinə başlamağı nəzərdə tutur.

Elxan Əliyev fermer: “Deyir məhsul bol olarasa, basılmaz vətən. Vətənin əsas qida təhlükəsizliyi taxıldır. Bu il kübrədir, sudur - bunu daha səmərəli istifadə etməliyik ki, məhsuldarlığı 40 sentnerə çatdıraq.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, payızlıq səpini vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün mövcud aqreqatlar, maşın və mexanizmlər təmir olunaraq məhsul istehsalçılarının ixtiyarına verilib. 

Araz Məmmədov Şəmkir Dövlət Aqrar İnkişaf mərkəzinin sektor müdiri: Dağlarda hal-hazırda səpin başlamaq üzrədir. Mineral kübrələrlə səpin aparılarsa məhsuldarlıq daha da yüksək olar. Eyni zamanda ferme rlərlə görüşlərimizdə hamısı sözü verib ki səpin zamanı minarela kübrələrdən də istifadə edəcəklər. 

Ötən il Şəmkir rayonunda 14 min hektar sahədə səpin aparılıb. Orta məhsuldarlıq isə 32 sentner olub.

Natiq Hüseyn