• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 25.09.2019 19:15

Orfoqrafiya lüğəti 4 min yeni sözlə gəlir

KepezTV Player

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn həftənin sonunda nəşr olunmaq üçün təqdim ediləcək. Bu barədə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, yeni orfoqrafiya lüğətinin son versiyasına 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın yeni söz daxil edilib. İnstitut rəhbərinin sözlərinə görə, lüğətin hazırlanması, habelə yeni sözlərin müəyyənləşdirilməsində ictimaiyyətin rəy və təklifləri də nəzərə alınıb.