• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 25.09.2019 16:05

Tovuzda top mərmisi tapıldı

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Əlibəyli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) 125 mm-lik top mərmisinin (OF-26) arxa hissəsi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.