• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1430
— 24.09.2019 19:54

Ramil Qasımov Qran-Prinin mükafatçısı oldu

KepezTV Player

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışı keçirilir. İlk yarış günü paralimpiya millimiz üçün uğurlu olub. Belə ki, komandamız açılışda 5 medal qazanıb. Mükafatçılar arasında gəncəli paracüdoçu Ramil Qasımov da yer alıb. Nizami yurdunun paralimpiya çempionu yarımfinala qədər Qazaxıstan, Gürcüstan və Özbəkistan idmançılarını üstələyib. Finala gedən yolda rus cüdoçuya əlavə vaxtda xəbərdarlıq alaraq uduzan Ramil bürünc medal uğrunda görüşə qatılıb. Bu qarşılaşmada Qazaxıstan təmsilçisi ilə üz-üzə gələn Qasımov rəqibinə ipponla qalib gələrək 3-cü olub.

 

Orxan Cəfərzadə