• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 24.09.2019 20:39

Texniki baxış rüsumları artırılır

KepezTV Player

“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması planlaşdırılır. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı qeyd edib ki, yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olan neqativ halların aradan qaldırılmasıdır. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.<br>Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək. Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.