• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 24.09.2019 20:39

Ölümsüzlüyə qovuşanların xatirəsini yaşadan məkan...

KepezTV Player

Şəhidlik uca zirvədi. Bizim üçün, gələcək nəsillər üçün, Vətən və millət üçün canından keçən Azərbaycan övladlarının xatirələrini yaşatmaq və gələcək nəsillərə ötürmək isə bizim hər birimizin mənəvi borcudur. Vətən fədailərini daim hörmət və ehtiramla yad etməyi qarşısına məqsəd qoyan Gəncə şəhər sakini Elnarə Tağıyeva öz şəxsi evini bu məqsədə çatmaq üçün fəda edib. Şəhidlərin uca xatirələrini yaşatmaq üçün evini muzeyə çevirib. 

Elnarə Tağıyeva muzeyin sahibi: məqsədim Gələcək nəsillər belə firavan azərbaycanda kimin sayəsində yaşadıqlarını bilsinlər.

Evində muzey yaratmaq barədə qərarını Qarabağ müharibəsi dövründə, 1992-ci ildə verib, Elnarə xanım. Müharibə dövründə döyüşən, geri dönməyən, şəhid olan əsgər, zabitlərimizin yaxınlarından bir əmanət alaraq onu muzey eksponatı olaraq bəsləyir.

Elnarə Tağıyeva muzeyin sahibi Qollarından çıxardıb saatlarını alışqalarını kimin nəyi var idi yadigar olaraq verirdilər deyirdilər apar adımızı yaz qoy müzeyə.

Hal hazırda muzeydə  Ağ–qara, rəngli şəkillərdən boylanan yaralı, xəstə, bəzən xəfif gülüşlü insan baxışları, odlu-alovlu müharibənin dəhşət saçan, qandonduran səhnələrini əks etdirən saysız hesabsız fotolar, al-qana boyanmış əsgər geyimləri, hərbi ləvazimatlar, dəlik-deşik köynəklər, parça-parça olmuş çəkmələr, gilizlər, qəlpələr, möhürlü sənədlər, saralmış qəzet-jurnal səhifələri qorunub saxlanılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrı-acılarını özünə yaşadan belə eksponatların 2900-dən artıqdır. Ziyarətçilər üçün daim açıq olan muzey Gəncə şəhərinin Sevil Qazıyeva küçəsində yerləşir. Tələbələr, şagirdlər, şəhid ailələri, qazilər muzzeyin daimi ziyarətçiləridir. Ziyarətçilərin muzey haqqında düşüncələri isə xüsusi jurnalda yer alır. Bu jurnala biz də öz təəssuratlarımızı həkk elədik.