• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 24.09.2019 20:36

Yeni liftlərin üstünlüyü

KepezTV Player

İstismar müddətini başa vuran liftlərin dəyişdirilməsinə başlanılır. Şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq Gəncəyə xarici istehsal olan 24 ədəd lift gətirilib.

İstismar müddətini başa vuran və istifadəsi təhlükəli hesab edilən liftlər əsasən şəhərin Yeni Gəncə yaşayış massivi və 4-cü mikrorayon ərazilərindədir. Sövet dönəmində istismara verilən bu liftlət son 10 ildə  vətəndaşlara xidmətdən çox əziyyət verib.

Hazırda şəhərin 35 çoxmərtəbəli binasında istismar müddətini başa vuran 75 ədəd sərnişin liftinin dəyişdirilməsinə ehtiyyac var. Hansı ki, gündəlik olaraq bu liftlərdən istifadə edənlər üçün çətinlik yaşadır.

şəhər sakini: Uzun illərdi həqiqətən də lift sarıdan çox böyük əziyyət çəkmişik. Tez-tez qırılırdı, elə olurdu günlərlə liftən istifadə edə bilmirdik. Yuxarı mərtəbələrə liftsiz çıxıb-düşmək çox çətin olur.

şəhər sakini: bilisiz köhnə liftən istifadə etmək həqiqətən də insanda qorxu yaradır elə bilirsən hər an qırıla bilər. bunun dəyişdirilməsi həqiqətən çox yaxşı olacaq.

Liftlərin dəyişdirilməsi üçün dövlət büdcəsindən 548 min manat vəsait ayırılıb.

Bəybala Şamilov Gəncə şəhər MKTİB-nin şöbə müdiri: Yeni liftlər Belarusiya istahsalı olan liftlərdi. Bu liftlər həm dözümlülüyü həm də müasirliyi ilə çox fərqlənir. Istismar müddəti 10 ildir. Ilkin olaraq Yeni Gəncə və 4 mikrorayon ərazilərindəki liftlər dəyişdiriləndən sonra şəhərin ........ istiqamətində olan liftlərdə dəyişdiriləcək. Vətəndaşlardan xaişimiz odur ki, liftlərdən səliqəli və texniki göstərişlərə uyğun istifadə etsinlər.

Hazırda Gəncədə 199 ədəd şərnişin lifti fəaliyyət göstərir. 2005-2006-cı illərdə həmin liftlərdən 36-sı, 2010-cu ildə 20-si, 2013-cü ildə isə 70 ədədi dəyişdirilib. 75 liftin də yenilənməsindən sonra şəhər təsərrüfatında istismara yararsız lift qalmayacaq. Liftdən istifadəyə görə xidmət haqqı isə aylıq 2 manatdır.