• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 24.09.2019 20:30

Sakinlər müraciətlərini şəhər rəhbərliyinə çatdırıblar

KepezTV Player

Ara küçələrdə su-kanalizasiya xəttlərinin yenilənməsi, müxtəlif yerlərdə zibil qutularının yerinin dəyişdirilməsi,mavi yanacağın təzyiqinin artırılması, 11 nömrəli marşrut xətti üzrə çalışan ictimai nəqliyyat vasitəsinin yolunun uzadılması... Bu məsələlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun vətəndaşlarla görüşündə səsləndirilib. Açıq mikrofon şəraitində keçən görüşdə sakinlər uşaq meydançanlarının yaradılmasını, həyətlərin abadlaşdırımasını, sahibsiz itlərə qarşı tədbir görülməsini xahiş ediblər. M. Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllimləri bildiriblər ki, səhər və günorta saatlarında məktəbin önündə tıxac yaranır, bu isə bir sıra narahatçılıqlara səbəb olur. Məsələ ilə əlaqədar olaraq icra başçısı məktəb yoluna Yol Patrul Xidməti əməkdaşlarının cəlb olunmasına, həmçinin məktəbin arxa giriş qapısının açılmasına dair göstəriş verib. Səsləndirilən əksər məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan problelərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.