• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 23.09.2019 19:23

4000 manata dekorativ bitki - alıcı yetərincədir

KepezTV Player

Bu gün bəzək məqsədilə istifadə olunan dekorativ bitkilər ölkəmizə əsasən xaricdən gətirilir. Dükanlarda növündən asılı olaraq, 5 azn-dən 4000 manatadək fərqli qiymətlərdə satışa çıxarılır. Bəzi bitkilərin baha olmasına baxmayaraq, onlara təlabat azalmır.

Rövşən Ağazadə - sahibkar: Daha çox təlabət limon sərvi bitkisinədir.Bu ağaclara təlabatın çoxluğu qiymətinin münasib olmasına, eyni zmanada xoş ətrinə görədir. Digər dekorativ bitkilərə də təlabat var.

Dekorativ bitkilər arasında xüsusi populyarlıq qazanan limon sərvinin qiyməti 15-80 manat aralığında dəyişir. Fərqli görünüşü ilə gözoxşayan bu bitki günəşi və süzücülük qabiliyyəti yaxşı olan torpaqları sevir. Elə digər dekorativ bitkilər kimi xüsusi qulluğu da..

Rövşən Ağazadə - sahibkar: Düzgün qulluq olunmadığı zaman ağaclarda ziyanvericilər aşkar olunur. Onların qarşısı xüsusi dərmanlarla vaxtı-vaxtında alınmalıdır. İstidə sulamaq olmaz, axşam saat 7-8 radələrindən sonra sulanmalıdır.

Dekorativ bitkilər olduğu məkanın aurasını dəyişir, insan psixologiyasına müsbət təsir bağışlayır, motivasiyanı artırır. Mütəxəssislərin sözlərinə görə, onların səhhətimizə mənfi təsiri yalnız allergiya ola bilər. Bu isə individual problem sayılır, orqanizmin fərdi xüsusiyyətlərinə görə müşahidə oluna bilər.

Bitkilərin hər biri göz oxşayır, insanı pozitiv əhvala kökləyir. Onlara düzgün qulluq olunduqda isə zəngin oksigen mənbəyinə çevrilir. İstənilən halda evinizə hətta adi bitki alarkən də onun haqqında müfəssəl məlumat almaq və sağlamlığınıza mümkün təsirlərini öyrənmək mütləq şəkildə lazımdır.