• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 23.09.2019 15:57

Narkobaron tutuldu

KepezTV Player

Bakı şəhər Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Vaqif Qəmbərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 30 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Qəmbərov narkotik vasitənin ona məxsus olduğunu və bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan tanışından aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.