• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2411
— 23.09.2019 12:05

Yeniyetmə hovuzda boğuldu

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə, Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb, və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.