• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 21.09.2019 17:53

Ramil Qasımov Özbəkistanda yarışacaq

KepezTV Player

Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığma komandası  Özbəkistanın paytaxtı Daşkəndə yollanıb. İdmançılarımız sentyabrın 23-24-ü tarixlərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcək. Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda ölkəmizi 8 kişi, 8 qadın olmaqla 16 idmançı təmsil edəcək. Millimizin heyətində Gəncə cüdoçusu Ramil Qasımov da yer alıb. Rio Paralimpiya Oyunlarının qalibi 73 kq çəki dərəcəsində tatamidə qüvvəsini sınayacaq. Qasımov son olaraq iyul ayında İtaliyada reallaşan Avropa çempionatında fərdi yarışlarda bürünc medal qazanıb.

Azad Rəfi