• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 21.09.2019 16:05

Dövlət qulluqçusu olmaq istəyənlərin qeydiyyatı başlayıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə imtahan üçün qeydiyyata başlayıb. Ümumilikdə 19 dövlət orqanında 578 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir. Müsabiqədə müsahibədə iştirak edib sertifkat alan namizədlər iştirak edə bilirlər. Onların ixtisas uyğunluğu olmalıdır. Namizədlər qeydiyyatdan keçdikdən sonra onlara DİM-in rəsmi internet saytında imtahanın vaxtı və yeri haqqında məlumat verilir. Ali təhsili şəxs qeydiyyatdan oktyabrın 17-nə kimi keçə bilər.

Nəsimi Məmmədov -DİM-in Gəncə Regional Bölməsinin müdiri: Əvvəlki ildə namizəd bir müsahibədə iştirak edib və həmin müsahibədə uğur qazanmadıqda yenidən müsabiqə mərhələsində iştirak edirdi. Ancaq 2016-cı ildə DİM tərəfindən dövlət qulluğunda qəbul imtahanları həyata keçirib nazirlər kabinetinin dövlət qulluğunun dəyişikliyinə əsasən müsabiqədə iştirak etmiş namizədlər sertifkat almış namizədlər 5 il qüvvədədir. Həmin namizəd 5 il müsabiqənin müsahibə mərhələlərində iştirak edə bilərlər.