• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 21.09.2019 16:12

Gəncədə “Diqqət uşaqlar!” aylığı çərçivəsində şagirdlər marifləndirilib

KepezTV Player

Yeni dərs ilinin başlaması ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, yol polisi küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyini nəzərə alaraq “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir. Artıq bir neçə gündür Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarıda məktəblərdə görüşlər keçirir. Məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi diqqətə çatdırılıb. Təhsil ocaqlarının foyesində maarifləndirici şüarlar əks olunan plakatlar vurulub. Plakatlarda şagirdlərə, müəllimlərə və valideynlərə yol hərəkəti qaydaları izah edilib. Yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etməyin vacibliyi vurğulanıb . Həmçinin müəllimlərin hər dərsin bir neçə dəqiqəsini yol hərəkəti qaydalarına ayırmalarının əhəmiyyəti qeyd olunub. Valideynlərə isə avtomobillərini məktəblərin ətrafında, eləcə də ikinci, üçüncü cərgədə, avtobus dayanacaqlarında və piyada səkilərində saxlamamaq tövsiyə olunub. Bu tədbirlər çərçivəsində müəllim və şagirdlərə yol hərəkəti qaydalarını əks etdirən kitabçalar da paylanıb. “Diqqət uşaqlar!” aylığı çərçivəsində silsilə tədbirlər şəhərdə fəaliyyət göstərən digər məktəbləri də əhatə edəcək.

Natiq Hüseyn