• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 20.09.2019 12:06

Ağstafada 6 ədəd top mərmisi tapılıb

KepezTV Player

Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 11 ədəd tank əleyhinə minanın və 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. 11 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 6 ədəd top mərmisi, 2 ədəd təlim məqsədli PQ-2 raketi və 1 ədəd təlim məqsədli tank əleyhinə mina aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Aşkar olunmuş partlamamış hərbi sursatların və minanın ətrafında 10 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.