• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 16.09.2023 12:57

"Əlamət" Bədii film

20-ci əsrin ortalarında Amerika məktəbləri arasında “zaman kapsulası” dəb halını almışdı. Şagirdlər gələcək zaman haqqında rəsmlər çəkir, sonradan həmin rəsmlər kapsulaya toplanaraq təyin olunmuş yerə basdırılırdı. 21-ci əsrin ilk onilliyində qazılaraq çıxarılan belə kapsulaların birində rəqəmlərdən ibarət müəmmalı yazı aşkarlanır. Mənşəyi məlum olmayan şifrələrdən ibarət yazı professor Con Kestlerin diqqətini çəkir. Yazını deşifrə etməyə çalışan professor, faktları tutuşdurmaqla dəhşətə gəlir. Ordakı rəqəmlər son əlli il ərzində dünyadan baş vermiş ən qanlı fəlakət və qəzalarla əlaqəlidir. Yazını təfsir etməyin yolunu tapan Con gələcək zamandakı insan faciələrinin dəqiq təqviminin göstərildiyinə əmin olur. İndi onu bir məsələ narahat edir. Kağızda istinad olunan təqvimlər başa çatdıqdan sonra nə baş verəcək?

Rejissor: Aleks Proyas

Rollarda: Nikolas Keyc, Rouz Börn, Çantler Kenterberi, Lara Robinson, Liam Hemsvort