• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1905
— 19.09.2019 13:22

Konsert maraqla qarşılanıb

KepezTV Player

Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinın iştirakı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilən konsert proqramı keçirilib. Bəstəkar, publisist, dramaturq  və ictimai xadim Üzeyir Hacıbəylinin sayca üçüncü musiqili komediyası olan "Arşın mal alan” operettasına yenidən həyat verilib.Konsertdə əməkdar artist Elçin Elçiyevin dirijorluğu ilə Xalq Çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Arif Məlikov, Səid Rüstəmov və Oqtay Kazıminin bir-birindən maraqlı əsərləri səsləndirilib. Xalq artisti Şahnaz Haşımova,  Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Günel Hacıyeva və digər mədəniyyət xadimlərinin çıxışları alqışlarla qarşılanıb.